Qəbələdə 2 ay əvvəl itkin düşən şəxsin axtarışları davam edir

Qəbələdə 2 ay əvvəl itkin düşən şəxsin axtarışları davam edir
# 26 yanvar 2023 22:08 (UTC +04:00)

Qəbələdə naməlum şəraitdə itkin düşmüş şəxsin axtarışları hələ də davam edir.

APA-nin Şirvan bürosunun məlumatına görə, keçən il noyabrın 29-dan itkin düşmüş Həmidov Səyavuş İbrahimxəlil oğlundan hələ də xəbər yoxdur.

“Artıq iki aya yaxındır qardaşımdan heç bir xəbər yoxdur” - deyə itkin düşən şəxsin qardaşı Mehdi Həmidov bildirib.

M.Həmidov onu da bildirib ki, yaxın günlərdə yenidən genişmiqyaslı axtarışlar təşkil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR