Qəbələdə 30 yaşlı qadın hoteldə xəsarət alıb

Qəbələdə 30 yaşlı qadın hoteldə xəsarət alıb
# 17 mart 2023 08:45 (UTC +04:00)

Qəbələdə turist yıxılaraq başından xəsarət alıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə dünən gecə saatlarında Qəbələdə hotellərdən birində baş verib.

Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Vahidli Səma Teymur qızı ehtiyatsızlıqdan yıxılaraq başından xəsarət alıb.

Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparılan şəxsin vəziyyəti normaldır.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR