Qəbələdə 35 yaşlı qadın itkin düşüb - FOTO

Səidə Abdullayeva

© APA | Səidə Abdullayeva

# 01 iyul 2022 11:26 (UTC +04:00)

Qəbələ şəhər sakini, 1987-ci il təvəllüdlü Səidə Abdullayeva aprelin 23-də kirayədə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, itkin düşən şəxsin boyu 155 sm, orta bədən quruluşlu,gözlərinin rəngi şabalıdı, saçları isə sarımtıldır.

Şəkildəki qadını görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, həmçinin Qəbələ Rayon Polis Şöbəsinin (024)205-18-28 şəhər və 051-985-02-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR