Qəbələdə 49 yaşlı kişi itkin düşüb

Qəbələdə 49 yaşlı kişi itkin düşüb
# 30 noyabr 2022 15:09 (UTC +04:00)

Qəbələ rayon sakini itkin düşüb.

APA-nın xəbərinə görə, rayon sakini, 1973-cü il təvəllüdlü Həmidov Səyavuş İbrahimxəlil oğlu dünən saat 15:00 radələrində sahibi olduğu mağazadan çıxıb və geri qayıtmayıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Mənsimov APA-ya bildirib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR