Qəbələdə avtomobil təmiri sexi yanıb - YENİLƏNİB

Qəbələdə avtomobil təmiri sexi yanıb - YENİLƏNİB
# 04 fevral 2023 13:14 (UTC +04:00)

Qəbələ rayonunun Böyük Pirəli kəndində ümumi sahəsi 104 m² olan bir dam altında tikilən üç boksdan ibarət avtomobil təmiri sexinin yanar konstruksiyaları yanıb.

Bu barədə APA-ya FHN-dən məlumat verilib. Məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

11.59

Qəbələdə yanğın hadisəsi qeydə alınıb.

APA-nin yerli bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qəbələnin Pirəli kəndinin ərazində, ümumi sahəsi 104 kvadratmetr olan avtomobil təmiri sexində baş verib.

Hadisə nəticəsində sexdə olan avadanlıqlar yanıb.

Yanğın FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsi tərəfindən söndürülüb.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR