Qəbələdə kişi ehtiyatsızlıqdan özünü güllələyib

Qəbələdə kişi ehtiyatsızlıqdan özünü güllələyib
# 12 sentyabr 2022 12:41 (UTC +04:00)

Qəbələdə kişi ehtiyatsızlıqdan özünü güllələyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Qəbələ Rayon Polis Şöbəsinə sentyabrın 10-da saat 21 radələrində Mıxlıqovaq kənd sakini V.Rüstəmovun evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alması barədə məlumat daxil olub.

Xəstəxanaya yerləşdirilən V.Rüstəmovun 2 ayaq barmağı amputasiya olunub. Polis əməkdaşları tərəfindən ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR