Qəbələdə yaşayış evində partlayış olub - VİDEO - YENİLƏNİB

Qəbələdə yaşayış evində partlayış olub - VİDEO  - YENİLƏNİB
# 06 fevral 2023 15:34 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Qəbələdə evdə baş verən partlayış barədə məlumat yayıb.

FHN-dən APA-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Qəbələ şəhəri, M.Mərdanov küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 130m² olan birmərtəbəli üçotaqlı fərdi evin mətbəxində, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunan partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış dalğasının zərbəsindən mətbəxin pəncərə çərçivələri yerindən çıxıb, yanğın nəticəsində soyuducunun arxa hissəsində elektrik naqilləri və mətbəxin lambirindən ibarət divar üzlüyü 0,5m² sahədə yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.

***

09.16

Qəbələdə yaşayış evində partlayış baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə səhər saatlarında olub.

Hadisə Qəbələ şəhər sakini Zəkəriyev İlkin Faiq oğluna məxsus 130 kv m-lik yaşayış evində qeydə alınıb.

Hadisə nəticəsində evə ciddi ziyan dəyib. Xəsarət alan yoxdur.

Faktla bağlı araşdırma aparılır.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR