Qəbələdə yol qəzasında 1 nəfər ölüb - FOTO - YENİLƏNİB-1

Qəbələdə yol qəzasında 1 nəfər ölüb - FOTO  - YENİLƏNİB-1
# 31 may 2023 09:58 (UTC +04:00)

Dünən gecə saatlarında Qəbələdə baş vermiş ağır avtomobil qəzasında xəsarət alan şəxslərin adları məlum olub.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə zamanı maşının sürücüsü 1959-cu il təvəllüdlü Bakı şəhər sakini Mustafayev Rövşən aldığı ağır bədən xəsarətləri nəticəsində yerindəcə vəfat edib.

Nəticədə sərnişin qismində olan qızı Zarağan kənd sakini 1988-ci il təvəllüdlü Mustafayeva İlahə Rövşən qızı və nəvəsi Rusiya vətəndaşı olan 2016-cı il təvəllüdlü Səfərov Yusif Edison oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hazırda vəziyyətləri orta ağırdır, cərrahiyyə şöbəsində nəzarətdədirlər.

***

00:04

Qəbələdə baş verən avtoqəzanın bəzi detalları məlum olub.

APA-nın Şirvan bürosu xəbər verir ki, qəzada iki nəfər də ağır yaralanıb. Onlar Qəbələnin Zarağan qəsəbə sakinləridir.

Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralanan şəxslər dünyasını dəyişən sürücünün həyat yoldaşı və nəvəsidir.

***

23.36

Qəbələdə ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, ilkin məlumatlara əsasən hadisə nəticəsində “Volkswagen” markalı 90 SO 259 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirib və ağaca çırpılıb. Hadisə nəticəsində bir nəfər dünyasın dəyişib, yaralılar var.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR