Qeydiyyat nişanlarını gizlədən yük maşını sürücüləri saxlanılıb

Qeydiyyat nişanlarını gizlədən yük maşını sürücüləri saxlanılıb
# 08 avqust 2022 11:34 (UTC +04:00)

Avtomobillərinin dövlət qeydiyyat nişanlarını gizlədən yük avtomobili sürücüləri aşkarlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən xəbərə görə, “KamAZ” markalı 11-BX-118 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Qurbanov Səxavət Səfər oğlu və eyni markalı 11-BX 919 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Qurbanlı Mirdamət Səfər oğlu İdarə etdikləri yük avtomobillərinin dövlət qeydiyyat nişanlarını gizlədərək yükdaşıma qaydasını pozduqlarına görə qurumun Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı sürücülərin qeyd olunan nəqliyyat vasitələrini idarə etmək hüquqlarının olmadığı da müəyyən edilib. Sürücülər barəsində müvafiq sənədləşmə aparılaraq qanunauyğun tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR