MN: Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb - YENİLƏNİB

MN: Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb - YENİLƏNİB
# 20 avqust 2019 13:08 (UTC +04:00)

Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin pilotunun meyitinin tapılması ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.

Avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.

Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

***

Saat 12:47

Qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb.

Pilotun qayınatası Qabil Hüseynli APA-ya bildirib ki, Rəşad Atakişiyevin meyitinin qalıqları tapılaraq sudan çıxarılıb.

Sabah səhər Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində pilotla vida mərasimi keçiriləcək.

Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR