Qızılağac Milli Parkının ərazisində çöl donuzu ovlayan şəxs saxlanılıb

Qızılağac Milli Parkının ərazisində çöl donuzu ovlayan şəxs saxlanılıb
# 21 yanvar 2023 10:53 (UTC +04:00)

Qızılağac Milli Parkının ərazisində çöl donuzu ovlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA -nın Cənub bürosuna verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin və Qızılağac Milli Parkının əməkdaşlarının qeyri-qanuni ovçuluqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində birgə keçirdikləri növbəti tədbir zamanı Milli Parkın ərazisində çöl donuzu ovlayan Masallı rayon sakini Fuad Nəsrullayev saxlanılıb. Ondan qanunsuz olaraq ovladığı 2 ədəd çöl donuzu və 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR