Qlobal qazma şirkəti 142 min manat cərimələnib

Qlobal qazma şirkəti 142 min manat cərimələnib
# 16 noyabr 2019 12:37 (UTC +04:00)

Dövlət Gömrük Komitəsi “Mhwirth As” qlobal qazma şirkətini cərimələyib.

APA-nın məlumatına görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 491.1-ci (gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) maddəsi 142 min 866 manat məbləğində cərimələnib.

Bu barədə qərar Xəzər rayon Məhkəməsi tərəfindən verilib.

Qərarla razılaşmayan şirkət apelyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR