Qobustanda 2 avtomobil yanıb

Qobustanda 2 avtomobil yanıb
# 18 noyabr 2022 18:19 (UTC +04:00)

Qobustan rayonunda yanğın olub.

APA FHN-in saytına istinadən xəbər verir ki, Qobustan rayonunun Cəngi kəndində ümumi sahəsi 120 m² olan dəmir konstruksiyadan ibarət talvarın altına yığılan 4,5 ton ot bağlamasının 2,5 tonu, yaxınlıqda dayanan "Niva" markalı minik avtomobilinin yanar hissələri və “ВАЗ” markalı minik avtomobilinin buferi yanıb.

Ot bağlamalarının, minik avtomobilinin qalan hissəsi və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR