Qobustanda iki nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi açılıb

Qobustanda iki nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi açılıb
# 01 oktyabr 2022 09:45 (UTC +04:00)

Qobustan qəbəsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsindən bildirilib. Qeyd olunub ki, ötən gün saat 19 radələrində Bakı- Qazax-Gürcüstan sərhəd avtomobil yolunun Qobustan qəsəbəsi ərazisindən keçən 56.8-ci kilometrliyində Fərid Eminalıyevin idarə etdiyi "Schmich" markalı, 10-ZE-994 markalı dövlət qeydiyyatlı nişanı olan yük avtomobili hərəkətdə olarkən eyni istiqamətdə olan, piyadaya yol verən Rüstəm Əsgərovun idarə etdiyi "Mercedes Benz Vito" markalı, 99-BK- 501 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Daha sonra "Mercedes Benz Vito" qarşıda olan "Mercedes Benz Atiko" markalı yük avtomobilinə çırpılıb.

Nəticədə hadisə zamanı 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR