Qobustanda minik avtomobili və mikroavtobus toqquşub

Qobustanda minik avtomobili və mikroavtobus toqquşub
# 12 iyun 2022 19:33 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində “Hyundai” markalı minik avtomobili və “Ford” markalı mikroavtobus toqquşub.

FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR