Qoca Səmədovun cəzası azaldılıb

Qoca Səmədov

© APA | Qoca Səmədov

# 12 yanvar 2022 13:26 (UTC +04:00)

Yevlax rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

APA-nın əldə etdiyi məlumata görə, Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, sabiq icra başçısının səhhəti nəzərə alınaraq həbs müddəti 6 ilə endirilib.

Məlumatı onun vəkili Elnur Vəliyev APA-ya təsdiq edib.

Qeyd edək ki, Qoca Səmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Sabiq icra başçısı bir neçə gün əvvəl Mərkəzi Klinikaya yerləşdirilərək ikinci dəfə ürək əməliyyatı olunub. Hazırda müalicəsi davam etdirilir.

Xatırladaq ki, Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR