Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı yol qəzasında ölüb - FOTO

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı yol qəzasında ölüb - FOTO
# 04 fevral 2023 23:17 (UTC +04:00)

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Susay kəndi ərazisində qeydə alınıb.

“VAZ-21015” markalı minik avtomobilinin maneə çırpılması nəticəsində sürücü Elşən Qasımov ölüb, avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki ki, qəzada dünyasını dəyişən Elşən Qasımov Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun əməkdaşıdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR