Quba-Xınalıq yolu açılıb, 5 kəndlə əlaqə bərpa olunub

Quba-Xınalıq yolu açılıb, 5 kəndlə əlaqə bərpa olunub
# 26 may 2022 09:47 (UTC +04:00)

Ötən gün qaya parçalarının yola düşməsi nəticəsində bağlanan Quba-Xınalıq yolu bərpa olunub.

Quba Rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, hərəkətin bərpa olunması üçün əraziyə cəlb olunan xüsusi texnikaların köməkliyi ilə yolda hərəkət bərpa olunub.

Qeyd edək ki, ötən gün Quba-Xınalıq yolunun 37-ci kilometrliyində Əlik bələdiyyəsinin ərazisinə qaya parçalarının yola uçması nəticəsində Əlik, Haputlu, Cek, Xınalıq, Qalayxudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR