Qubada 40 min manatlıq dələduzluq edən şəxs tutulub

Qubada 40 min manatlıq dələduzluq edən şəxs tutulub
  • Clock-gray 12:40
  • calendar-gray 23 Oktyabr 2019

Qubada dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Quba RPŞ-yə şəhər sakinləri olan 3 nəfəri aldadaraq dələduzluq yolu ilə onların ümumilikdə 41500 manatlarının alınması barədə daxil olmuş məlumatlarla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Polis əməkdaşları tərəfindən dələduzluğu törətməkdə şübhəli bilinən İ.Xuraminicatın ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir qadını aldadaraq 1542 manatını alması da müəyyən edilib.

Araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date