Qubada 59 yaşlı kişi qətlə yetirilib - YENİLƏNİB - VİDEO

Qubada 59 yaşlı kişi qətlə yetirilib - YENİLƏNİB  - VİDEO
# 04 iyun 2022 11:21 (UTC +04:00)

Prokurorluq Qubada baş verən qətl barədə məlumat yayıb.

Quba rayon prokurorluğundan APA-ya verilən məlumata görə, iyunun 3-ü saat 23 radələrində Quba rayon sakini, 1963-cü il təvəllüdlü Eldar Hacıyevin rayonun Çartəpə kəndində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1968-ci il təvəllüdlü Kərim Baxışovun yaşadığı evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Eldar Hacıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Kərim Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

11.15

Qubada qətl hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə iyunun 3-də saat 21 radələrində Çartəpə kəndində şəhər sakini, 59 yaşlı Eldar Hacıyevin öldürülməsi barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla rayon sakini K.Baxışovun yaşadığı Çartəpə kəndindəki evində münaqişə zəminində E.Hacıyevi bıçaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Əməliyyat tədbirləri nəticəsində K.Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR