Qubada 82 yaşlı kişini maşın vurub

Qubada 82 yaşlı kişini maşın vurub
# 16 mart 2023 18:31 (UTC +04:00)

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alekseyevka kəndi ərazisində qeydə alınıb. Hadisəni törədən sürücü Quba rayon Polis Şöbəsinin əməkdaşı olub.

DİN Mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov APA-nın yerli bürosuna bildirib ki, xidmətdən kənar vaxtı polis serjantı idarə etdiyi şəxsi avtomobili ilə 82 yaşlı şəxsi vurub. Həmin şəxs dərhal polis əməkdaşı tərəfindən xəstəxanaya çatdırılıb və hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR