Qubada "Azərişıq"a məxsus maşın aşıb, 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb  - YENİLƏNİB

Qubada "Azərişıq"a məxsus maşın aşıb, 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb  - YENİLƏNİB
# 18 sentyabr 2019 12:40 (UTC +04:00)

Qubada baş verən yol qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində Zahid Qurbanov və Namiq Rüstəmov dünyasını dəyişiblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Səhiyyə Nazirliyi qəzada xəsarət alan şəxslərin vəziyyəti ilə bağlı məlumat yayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alan şəxslərin vəziyyəti kritik qiymətləndirilir. Hər iki yaralının həyatı təhlükə altındadır.

***

Saat 12:28

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi görə, rayonun Söhüb kəndində "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Quba şöbəsinin əməkdaşlarının olduğu "UAZ" markalı, 10 JF 130 dövlət nömrə nişanlı avtomobil aşıb. Nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Xəsarət alan şəxslərin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR