Qubada dağlıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB - FOTO

Qubada dağlıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB - FOTO
# 25 avqust 2019 19:46 (UTC +04:00)

Quba rayonunun Çiçi kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında baş vermiş yanğın nəticəsində 16 ha sahədə əsasən, quru ot, kol-kos və qismən ağaclar yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanğının söndürülməsi işlərinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti cəlb olunub.

Yanğın saat 18.20-də söndürülüb.

***

saat 10.20

Quba rayonu, Çiçi kəndi yaxınlığında dağlıq ərazidə başlayan yanğın məhdudlaşdırılıb.

APA-nın şimal bürosunun verdiyi görə, təxminən 15 hektar ərazini əhatə edən ərazidə quru ot və kol-kos yanıb.

Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti və texnikası cəlb edilib.

Hazırda yanğın məhdudlaşdırılıb və daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Ərazidə digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR