Qubada dağlıq ərazidəki yanğın söndürülüb - YENİLƏNİB

Qubada dağlıq ərazidəki yanğın söndürülüb - YENİLƏNİB
# 20 avqust 2019 17:09 (UTC +04:00)

Avqustun 19-da Quba rayonunun Zərqova kəndi ərazisində başlayan yanğın söndürülüb.

Bu barədə APA-nın yerli bürosuna yanğınla əlaqədar yaradılan qərargahın rəhbəri, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Xanlar Heybətov məlumat verib.

Qeyd edək ki, təxminən 30 hektara yaxın ərazini əhatə edən yanğın nəticəsində əsasən quru ot və kol-kos yanıb. Yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.

***

Saat 11:49

Avqustun 19-da Quba rayonunun Zərqova kəndi ərazisində başlayan yanğın lokallaşdırılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yanğın ərazinə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin canlı qüvvəsi, eləcə də Quba rayon İcra Hakimiyyətinin yerli qurumlarının və hüquq-mühafizə orqanlarının əməkdaşları da yanğının söndürülməsi üçün çalışır.

Yanğınla əlaqədar yaradılan qərarqahdan APA-nın yerli bürosuna bildirilib ki, yanğın təxminən 30 hektar ərazisini əhatə edir və artıq lokallaşdırılıb. Qeyd olunub ki, yanğın gün ərzində tamamilə söndürüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR