Qubada dələduzluqda şübhəli bilinən 3 əcnəbi saxlanılıb

Qubada dələduzluqda şübhəli bilinən 3 əcnəbi saxlanılıb
# 23 sentyabr 2019 14:49 (UTC +04:00)

Qubada dələduzluqda şübhəli bilinən 3 əcnəbi saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən şəhər sakini V.Hüseynova sentyabrın 20-də işlədiyi mağazaya gəlmiş 3 nəfərin onu aldadaraq 180 manatını aldıqlarını bildirib.

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən 3 əcnəbi müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR