Qubada həmkəndlisini öldürməkdə şübhəli bilinən şəxs barədə cinayət işi başlanıb

Qubada həmkəndlisini öldürməkdə şübhəli bilinən şəxs barədə cinayət işi başlanıb
# 07 fevral 2023 09:34 (UTC +04:00)

Fevralın 6-sı, saat 22 radələrində 1991-ci il təvəllüdlü Hikmət Ağayevin Quba rayonunun Aşağı Atuc kəndi ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Quba rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, ilkin araşdırma zamanı 2002-ci il təvəllüdlü Təbriz Hacıyevin bıçaqla Hikmət Ağayevə xəsarətlər yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR