Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Quba Rayon Mərkəzi Xəstəxanasına 1 nəfər yerləşdirilib.
Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1998-ci il təvəllüdlü Sahil İsayev hazırda komatoz vəziyyətdədir, süni tənəffüs aparatına qoşulub, vəziyyəti isə kritik ağır qiymətləndirilir.
Qeyd edək ki, xəsarət alan şəxs Quba Rayon Mərkəzi Xəstəxanasının Mühafizə bölməsinin əməkdaşıdır.
***
11.12
Bu gün Quba rayonunda baş verən qəzada ölən şəxsin Quba Mərkəzi Rayon Xəstəxanasının əməkdaşı olduğu müəyyən edilib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, “VAZ 2106” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində dünyasını dəyişən Elnur Kəlbiyev MRX-nin mühafizə xidmətində çalışıb.
Qəza nəticəsində xəsarət alan Sahil İsayev adlı şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
10.20
Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, “VAZ 2106” və “Opel” markalı maşınlar toqquşub. Qəza nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib. Bir nəfərin isə xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.