Qubada iki maşın toqquşub, ölən və xəsarət alan var - FOTO - YENİLƏNİB-1

Qubada iki maşın toqquşub, ölən və xəsarət alan var - FOTO  - YENİLƏNİB-1
# 07 iyun 2023 12:14 (UTC +04:00)

Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Quba Rayon Mərkəzi Xəstəxanasına 1 nəfər yerləşdirilib.

Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1998-ci il təvəllüdlü Sahil İsayev hazırda komatoz vəziyyətdədir, süni tənəffüs aparatına qoşulub, vəziyyəti isə kritik ağır qiymətləndirilir.

Qeyd edək ki, xəsarət alan şəxs Quba Rayon Mərkəzi Xəstəxanasının Mühafizə bölməsinin əməkdaşıdır.

***

11.12

Bu gün Quba rayonunda baş verən qəzada ölən şəxsin Quba Mərkəzi Rayon Xəstəxanasının əməkdaşı olduğu müəyyən edilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, “VAZ 2106” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində dünyasını dəyişən Elnur Kəlbiyev MRX-nin mühafizə xidmətində çalışıb.

Qəza nəticəsində xəsarət alan Sahil İsayev adlı şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

10.20

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, “VAZ 2106” və “Opel” markalı maşınlar toqquşub. Qəza nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib. Bir nəfərin isə xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR