Qubada ikimərtəbəli ev yanıb

Qubada ikimərtəbəli ev yanıb
# 25 yanvar 2022 18:46 (UTC +04:00)

Qubada evdə yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Bərğov kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları 226 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik ikimərtəbəli ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR