Qubada itkin düşən şəxsin meyiti tapılıb

Qubada itkin düşən şəxsin meyiti tapılıb
# 24 noyabr 2022 09:33 (UTC +04:00)

Oktyabrın 15-dən itkin düşmüş 1953-cü il təvəllüdlü Quba rayonu Xaltan kənd sakini Ağaxan İskəndərovun meyitinin yaşadığı kənddən bir qədər aralıda dağlıq ərazidə tapılması faktı ilə bağlı hazırda Quba rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, meyitin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı zorakı əlamətlərə xas olan xəsarətlər, o cümlədən əynində olan paltarlarda zədələr müəyyən edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR