Qubada karantin qaydalarını pozan obyekt sahibi cərimələnib

Qubada karantin qaydalarını pozan obyekt sahibi cərimələnib
# 08 yanvar 2022 11:24 (UTC +04:00)

Qubada karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində, çay evinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib.

Obyektin sahibi Təbriz Seyidov və orada olan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR