Qubada mağazadan 3000 manatlıq oğurluq olub

Qubada mağazadan 3000 manatlıq oğurluq olub
# 17 oktyabr 2019 15:03 (UTC +04:00)

Quba rayonunda oğurluq faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zərdabi kəndində baş verib. Kənd sakini Azad Ağayevə məxsus mağazadan 500 manatadək nağd pul, 2500 manatlıq kontur, ərzaq məhsulları və siqaret oğurlanıb. Ümumilikdə sahibkara 3000 manat ziyan dəyib.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır. Oğurluğu törətməkdə şübhəli bilinən şəxs və yax şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR