Qubada marixuanadan istifadə edən sürücü saxlanılıb

Qubada marixuanadan istifadə edən sürücü saxlanılıb
# 10 sentyabr 2022 09:00 (UTC +04:00)

Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı “VAZ-2115” markalı nəqliyyat vasitəsinin sürücüsü Nicat Hüseynli yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin marixuanadan istifadə etdiyi sübuta yetirilib.

N. Hüseynlinin barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR