Qubada maşın aşıb, ölən və xəsarət alan var 

Qubada maşın aşıb, ölən və xəsarət alan var 
# 09 noyabr 2019 14:51 (UTC +04:00)

Quba rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun rayonun Qaraçay kəndi ərazisindən keçən hissəsində baş verib. "VAZ 21012" markalı nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza nəticəsində Quba rayonunun Bərqov kənd sakini 33 yaşlı Cəbrayılov Cəlal Cavanşir oğlu və Paşaoba kənd sakini, 27 yaşlı Əhmədov Ceyhun Yadigar oğlu müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər. Həkimlərin səyinə baxmayaraq, C. Cəbrayılovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR