Qubada qanunsuz kömür quyusu aşkar edilib

Qubada qanunsuz kömür quyusu aşkar edilib
# 27 mart 2023 09:00 (UTC +04:00)

Qubada qanunsuz kömür quyusu aşkar edilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkar edilib.

Qanunsuz kömür istehsal edənin rayon sakini Elsevər Qayıbov olduğu müəyyən edilib.

Faktla bağlı protokol tərtib olunub, təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR