Qubada qəza baş verib, gənc qadın ağır xəsarətlər alıb

Qubada qəza baş verib, gənc qadın ağır xəsarətlər alıb
# 02 oktyabr 2022 11:09 (UTC +04:00)

Qubada yol nəqliyyat hadisəsi baş verib

DİN mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, dünən axşam saatlarında Quba rayonunda 33 yaşlı Xəyalə Mustafayevanı maşın vurub.

Qəzanı törədən Quba RPŞ-nin əməkdaşı tərəfindən yaralıya ilkin tibbi yardım göstərilməklə xəstəxanaya çatdırılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxsin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR