Qubada tanışını bıçaqlayan şəxs saxlanılıb

Qubada tanışını bıçaqlayan şəxs saxlanılıb
# 28 may 2023 20:56 (UTC +04:00)

Mayın 28-də Quba şəhəri ərazisində Elman Muradov münaqişə zəminində tanışı Seyfəddin Ağayevə bıçaq xəsarətləri yetirib.

DİN-dən APA-ya bildirilib ki, S.Ağayev xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən E.Muradov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR