Qubada yaşadığı evdən oğurluq edən şəxs tutulub

Qubada yaşadığı evdən oğurluq edən şəxs tutulub
# 14 oktyabr 2019 11:57 (UTC +04:00)

Quba rayonu Səbətlər kənd sakini A.İsmayılov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus fərdi yaşayış evindən 1198 manat pulunun naməlum şəraitdə oğurlandığı barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Peşəkarlıqla aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində pulların zərərçəkənin qardaşı, 20 yaşlı Taleh Qədirov tərəfindən oğurlandığı müəyyən edilib.

İlkin dindirilmə zamanı T.Qədirov törətdiyi cinayət əməlini etiraf edib.

Oğurladığı pullar isə maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR