Qubada yol qəzasında xəsarət alanların vəziyyəti orta-ağırdı

Qubada yol qəzasında xəsarət alanların vəziyyəti orta-ağırdı
# 22 avqust 2019 08:48 (UTC +04:00)

Ötən gün Quba-Nugədi yolunda baş verən avtomobil qəzası nəticəsində xəsarət alanlar - 31 yaşlı Sevil Orucəliyeva, həyat qoldaşı 34 yaşlı Yaşar Kərimov, qaynanası 59 yaşlı Leysan Kərimova Quba Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, xəstəxananın Baş həkimi yol qəzasında yaralananların vəziyyətinin orta-ağır olduğunu bildirib.

Qeyd edək ki, xəsarət alanlar Qubanın Rustov kənd sakinləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR