Qubadlıda 4 tondan artıq çətənə kolu məhv edilib - VİDEO

Qubadlıda 4 tondan artıq çətənə kolu məhv edilib - VİDEO
# 17 iyun 2022 11:32 (UTC +04:00)

Qubadlı Rayon Polis Şöbəsin, Dövlət Sərhəd Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmakdaşlarının birgə keçirdikləri profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Xəbərə görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Muradxanlı kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 4 tondan artıq olan 16 403 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR