Qubadlıda xeyli silah-sursat aşkarlanıb - FOTO

Qubadlıda xeyli silah-sursat aşkarlanıb - FOTO
# 07 yanvar 2023 11:19 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 8 tank əleyhinə idarə olunan raket sistemi, 5 qumbaraatan, 35 qumbara, 66 ədəd müxtəlif növ mərmilər və digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR