Quldurluğa görə tutulan tanınmış güləşçinin məhkəməsi başlayır

Elman Muxtarov

© APA | Elman Muxtarov

# 24 yanvar 2023 14:56 (UTC +04:00)

Tanınmış güləşçi, güləş üzrə Azərbaycan komandasının sabiq üzvü, yeniyetmələr arasında Olimpiya çempionu Elman Muxtarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Səbirə Məmmədzadənin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası fevralın 1-nə təyin edilib.

Qeyd edək ki, Elman Muxtarov bir neçə ay əvvəl həbs olunub.

İttihama görə, Elman Muxtarov ötən il Bakıda Mikayıl Məmmədov adlı şəxsi bıçaqlayıb. Bir müddət sonra həmin vətəndaşın evinə qanunsuz daxil olaraq onu yumruqla vurub, bədən xəsarətləri yetirib. Daha sonra evdən 2800 manat pulu götürərək hadisə yerini tərk edib. Barəsində şikayət olunduqdan sonra ötən ay həbs olunub.

E.Muxtarova qarşı Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə), 181 (quldurluq) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Elman Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. I Avropa Oyunlarının gümüş mükafatçısı, Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi, Azərbaycan çempionu olub. 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR