Oğurluq və quldurluqda təqsirləndirilən şəxsə 10 il cəza verilib

Oğurluq və quldurluqda təqsirləndirilən şəxsə 10 il cəza verilib
# 17 iyul 2019 18:09 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluqda təqsirləndirilən Nadir Mustafazadənin cinayət işi üzrə məhkəməsi başa çatıb.

APA-nın məlumatına görə, hakim Əliövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən N. Mustafazadə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində N. Mustafazadə saxlanılıb. Onun rayon ərazisində 2 evdən ümumilikdə 1715 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması müəyyən edilib. N. Mustafazadə oğurluğa girdiyi mənzildə ev sahibi Əli Heydərliyə bıçaq çıxararaq ona qarşı quldurluq edib. N. Mustafazadəyə Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 181-ci (quldurluq) maddələri ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR