Qumar borcu üstündə qətl törədən şəxsə hökm oxunub

Qumar borcu üstündə qətl törədən şəxsə hökm oxunub
# 03 oktyabr 2022 16:50 (UTC +04:00)

Bakıda qətl törətməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Rabil Qasımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Rabil Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin aprelin 4-də saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 29 ünvanında 1982-ci il təvəllüdlü Bəhruz Quliyev öldürülüb.

Aparılmış araşdırmalarla onu tanışı Rabil Qasımovun qətlə yetirməsi müəyyən edilib. Rabil Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Məlum olub ki, Rabil Qasımov hadisəni qumar borcu üstündə törədib.

Bəhruz qumarda uduzduğu pulu qaytarmadığı üçün Rabil onu bıçaqlayıb. İstintaq orqanı tərəfindən Rabil Qasımovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR