Qusarda baş həkimi şantaj edən şəxslərə hökm oxunub

Qusarda baş həkimi şantaj edən şəxslərə hökm oxunub
  • Clock-gray 16:29
  • calendar-gray 08 Noyabr 2019

Bakı Ağır Cinayətlər Məhkəməsində Qusar rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalovu hədələyib pulunu almaqda təqsirləndirilən Elxan Hümbətov, Rövşən Əliyev və Hətəmxan Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Elxan Hümbətova 12 il, Rövşən Əliyev 9 il, Hətəmxan Çobanov isə 8 il azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər baş həkimi şəxsi həyata aid görüntülərini yaymaqla hədələyib, 125 min manat pulunu və iPhone markalı telefonunu ələ keçirməkdə təqsirli biliniblər.

Təqsirləndirilən şəxslər baş həkimdən pul və telefonu aldıqlarını etiraf edirlər. Amma deyirlər ki, baş həkim pulları onu Sumqayıta baş həkim gətirmək vədi ilə alıblar. 

Həmçinin saxlanılan şəxslər həkimə özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları olduqlarını deyiblər. 
 

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date