Qusarda avtomobilin qaz xəttini zədələməsi 615 abonenti qazsız qoyub

Qusarda avtomobilin qaz xəttini zədələməsi 615 abonenti qazsız qoyub
# 14 avqust 2019 12:13 (UTC +04:00)

Qusar rayonunun Balaqusar, Həsənqala kəndləri istiqamətində istismarda olan qaz xəttini maşınla vurub zədələyiblər.

Bu barədə “APA-Economics”ə “Azəriqaz” İB-dən bildirilib.

Verilən məlumata görə, dünən axşam saat 16:50-dən həmin ərazinin qaz təchizatı daxildən dayandırılıb. Təmir-bərpa işləri müddətində ümumilikdə 615 abonentin qaz təchizatında fasilə yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR