Qusarda 1 hektar sahədə 40-a yaxın ağac yanıb

Qusarda 1 hektar sahədə 40-a yaxın ağac yanıb
# 17 avqust 2022 23:48 (UTC +04:00)

Qusar rayonunun İmanqulukənd kəndində fındıq bağının ərazisində 1 hektar sahədə quru ot və 40 ədəd ağac qismən, bələdiyyəyə aid ərazidə 6 hektar sahədə biçilmiş taxıl sahəsi, Meşə təsərrüfatı mərkəzinə aid ərazidə 2 ha sahədə quru ot və qurumuş ağac kötükləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya bildirilib ki, meşə zolağı yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR