Qusarda 14 yaşlı məktəbli kanalda boğulub

Qusarda 14 yaşlı məktəbli kanalda boğulub
# 07 iyul 2022 07:52 (UTC +04:00)

Qusar rayonunda bədbəxt hadisə baş verib.

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Quxuroba kəndində qeydə alınıb.

Kənd sakini, 2008-ci il təvəllüdlü Ağamirzəyev Amin Şahin oğlu Samur-Abşeron kanalında çimərkən boğulub.

Onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR