Qusarda 2 maşın toqquşub, ölən var

Qusarda 2 maşın toqquşub, ölən var
# 21 noyabr 2022 10:32 (UTC +04:00)

Noyabrın 20-də saat 16 radələrində Qusar rayonunun Əvəcuq kəndi ərazisində rayon sakinləri T.Hüseynovun idarə etdiyi “Hyundai” və Kamil Ədilxanovun idarə etdiyi “VAZ-21070” markalı avtomobillər toqquşub.

DİN-dən APA-ya verilən məlumata görə, nəticədə K.Ədilxanov xəstəxanaya aparılarkən yolda ölüb, T.Hüseynov xəstəxanaya yerləşdirilib.
Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR