Qusarda 2 nəfər narkotiklə tutulub

Qusarda 2 nəfər narkotiklə tutulub
# 23 yanvar 2023 11:51 (UTC +04:00)

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Elxan Şixzadayev və Elşad Camalov saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadığı evə baxış keçirilən zaman yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR